ABŞ-ın NATO-dakı səfiri: "Qarabağ münaqişəsi Azərbaycanın sərhədləri daxilində həll olunmalıdır, ABŞ və Fransa da..."

img

22-10-2020 [13:20]


ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu deyib. 

Mia.az-ın məlumatına görə, Hatçison qeyd edib ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu bölgədə atəşkəsi təmin etməyə çalışır: "Bu münaqişə həll edilə bilər. O səbəbdəb hər iki tərəfi atəşi dayandırmağı və həll  yollarını müzakirə etməyə çağırırıq. Məsələ hərbi yolla həll oluna bilməz. Bu münaqişə  beynəlxalq çərçivədə tanınan sərhədlər və suverenlik daxilində həll edilməlidir. Bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni şeydə israr edir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR