İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır.

img

22-10-2020 [13:10]


İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır.

Bu barədə AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclasında qərar verilib.

Qeyd olunub ki, mərkəz dövlət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə sahəvi və kompleks proqramlar hazırlayacaq.

Elmi şurada çıxış edən alimlər də bu təşəbbüsü dəstəkləməklə yanaşı, işğaldan azad olunan rayonlarda həyatın yenidən qurulmasının və onların sosial-iqtisadi inkişafının əhəmiyyətini vurğulayıblar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA