Moldova XİN: "Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləyirik"

img

20-10-2020 [18:39]


Moldovanın "Publika" telekanalında rəsmi Kişinyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı süjet yayımlanıb. 

Mia.az xəbər verir ki, məlumatda Moldovanın Xarici işlər naziri Oleq tulea Tsulyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubunun göndərdiyi, məktubda Moldovanın Azərbaycan dövlətinin ərazi bütövlüyü dəstəklədiyi qeyd olunur. 

Həmçinin süjetdə bildirilir ki, xarici işlər naziri Dnestryanı bölgədəki vəziyyətlə paralellik gətirərək, ölkənin ərazisində dondurulmuş münaqişənin mövcudluğunun fəsadlarının Moldovaya yaxşı bəlli olduğunu vurğulayır.

Bundan əlavə, Moldova rəsmisi belə məsələlərin sülh yolu həll olunmasının vacibliyini qeyd edir, beynəlxalq ictimaiyyətin səyləri nəticədində Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına ümid etdiyini bildirir. 

Videosüjetlə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://ru.publika.md/pervaya-oficialnaya-reakciya-kishineva-po-povodu-konflikta-v-nagornom-karabakhe_2205152.html
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub