Rusiyanın "Krasnodar" komandasının iki futbolçusu koronavirusa yoluxub

img

20-10-2020 [12:31]


Rusiyanın "Krasnodar" komandasının iki futbolçusu koronavirusa yoluxub.

Klub bu barədə Rusiya Premyer Liqasına məlumat verib. Həmin futbolçular təcrid edilib və hazırda həkim nəzarətindədir. Komandadakı digər oyunçuların test nəticəsi mənfi olub.

Daha əvvəl "Krasnodar"da yarımmüdafiəçi Remi Kabella və hücumçu Yevgeni Markovun koronavirus testləri şübhəli nəticə verib.

Qeyd edək ki, "Krasnodar" bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında Fransa "Renn"inin qonağı olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR