Mustafa Şentop Əli Əsədovla görüşüb - FOTO
19-10-2020 [18:43]
Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş nazir göstərilən dsətəyə görə öz adından və hökumət adında minnətdarlığını bildirib.
Baş Nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 % artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 % olduğunu vurğulayıb.
Baş Nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrini uğurla davam etdirildiyini qeyd edib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.
Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.
Baş Nazir Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş nazir pandemiyaya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyəti qeyd edilib.
Baş Nazir Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini və Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırdı.
TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrini bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonar ilk səfərini Azərbaycana etdiyini vurğuladı.
TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.
Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır.
TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarınnı araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.

Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."