Lavrovdan Qarabağla bağlı növbəti açıqlama: "Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı"

img

19-10-2020 [17:04]


“Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.

Məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

S. Lavrovun sözlərinə görə, indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorikanın dayandırılmasıdır: "Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı"/APA

Digər xəbərlər
SON XƏBƏRLƏR