: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir" - Hikmət Hacıyev
19-10-2020 [16:55]
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan torpaqlarının işğalına son qoymaqdan ibarətdir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə olan xarici diplomatlar və hərbi ataşelərin iştirak etdikləri mətbuat konfransında bildirib.
H.Hacıyev xatırladıb ki, Azərbaycan həm dövlət başçısı, həm də Dağlıq Qarabağın azərbaycanlı icması timsalında Qarabağda iki xalqın dinc yaşamasına dəfələrlə çağırış səsləndirib:
“Əfsuslar olsun ki, bizim bu çağırışlar qulağardına vuruldu. Gəncəyə son hücumlardan da göründüyü kimi, Azərbaycanın məhz dinc əhalisi həyat təhlükəsilə üzləşir. Azərbaycanlı qaçqınların, məcburi köçkünlərin də hüquqları təmin olunmalıdır. Ermənistan tərəfi Azərbaycanda mümkün qədər çox insanı öldürməyə çalışır, bunun başqa adı yoxdur. Halbuki beynəlxalq hüquq normalarına görə münaqişə tərəfləri mülki və hərbi obyektlər arasında dəqiq fərq qoymalıdır. Ermənistan isə bu fərqi qoymur. Beynəlxalq sənədlər dinc şəhər və kəndlərə hücumları, bombardmanı qadağan edir”.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərinə dair mövcud dəlil-sübutları toplanıb və təqsirkarları məsuliyyətə cəlb etmək üçün müvafiq qaydada aidiyyəti beynəlxalq qurumlara təqdim ediləcək.
“Bununla yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma rejim yaratdığına görə də Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır”, - H.Hacıyev qeyd edib.
“Biz döyüş meydanında ölmüş əsgərlərin cəsədlərini dövlət sərhədinin Tovuz rayonu ərazisindəki dəhliz vasitəsilə Ermənistan tərəfinə verməyə hazır idik. Təəssüf ki, onlar bundan imtina edərək məsələyə hansısa siyasi don geydirməyə çalışırlar”, - H.Hacıyev vurğulayıb.
"Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verilib. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb" deyən Hikmət Hacıyev bildiirb ki, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir".
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"