"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"la oyunu buraxacaq

img

19-10-2020 [11:26]


"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"u itki ilə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın V turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə "Qarabağ" keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA