Netanyahu Əli Əsədova məktub göndərdi

img

19-10-2020 [11:08]


İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub. 

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA