Nərgiz Rəfiyeva “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə APA-ya o, özü məlumat verib.
Qeyd edək ki, N.Rəfiyeva daha əvvəl özəl şirkətlərin birində PR-meneceri vəzifəsində çalışıb.
Xatırladaq ki, AzTV-də bu vəzifəni tutan Mübariz Aslanov bu gün vəzifəsindən ayrıldığını açıqlayıb.