Türkiyədə daha bir sensasiyalı əməliyyata imza atılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul şəhərinin Küçükçekmece Prokurorluğu cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq və çirkli pulların yuyulması cinayətləri ilə bağlı əməliyyata başlayıb.

Məlumata görə, əməliyyat çərçivəsində “Habertürk” və “Show TV” də daxil olmaqla "Can Holdinq"ə bağlı olan 121 şirkətə "əl qoyulub", ümumilikdə 10 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

Xəbərdə deyilir ki, "əl qoyulan" şirkətlərin hamısı "Can Holdinq"in nəzdində fəaliyyət göstərir.

"Holdinq bu şirkətlər vasitəsiylə əslindəcinayət təşkilatı yaradıb...", - deyə yayılan məlumatda iddia olunub.

Kemal Can və Mehmet Şakir Canın rəhbərlik etdiyi Holdinqlə bağlı araşdırmalar davam edir: "Onlar da saxlanılanlar arasındadır..."

Samir MUSAYEV
mia.az