Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tətbiqindən sonra, bu, Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.
Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.