“İndiyədək 23 ölkədə 55 jurnalist COVID-19-dan ölüb”.
"İnterfax” xəbər verir ki, bunu Rusiyanın Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov açıqlayıb.
Onun sözlərinə görə, Rusiyada 100-dən çox jurnalistə koronavirus diaqnozu qoyulub. Onlardan 3-ü vəfat edib.
“Yoluxanların əksəriyyətində xəstəlik əlamətsiz keçir”, - V.Solovyov bildirib.
Sədr həmçinin 500-dən çox jurnalistin hazırda həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb/Report.