"Hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün həqiqəti bilmək lazımdır. Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim. Neçə illərlik təcrübəmə söykənərək, bu ötən müddətdə işə çiyin verdim...".
Mia.az xəbər verir ki, bu sözləri KİVDF-dən tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərə münasibətdə "Bakı-xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini düşünərək, KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova işdən azad olunmağı barədə ərizə verib:
"Və bu ərizəm qəbul olundu. Hazırda hər zamankı kimi özümün kərpic-kərpic tikdiyim yenilməz "Bakı-xəbər" "qalasının " başındayam və dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm".