MİA.az
MENU
  • GÜNDƏM
  • SİYASƏT
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • PRESS
  • DÜNYA
  • YAZARLAR
  • ŞOU-BİZNES
  • Bağla
← Əvvəl

Azərbaycanda muzey və kitabxanalara giriş məhdudlaşdırıldı - Koronavirusa görə

Martın 6-dan Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə koronavirus infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib.

Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib. 

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür: “Qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İ.Hümbətov qeyd edib ki, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün bu gün növbəti əmr imzalanıb: “Əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”/Report

2020-03-12 17:18 Bu yazı 2215 dəfə oxunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının a...

2026-02-06 23:58

Mikayıl Müşfiq və dramaturq Cəfər Cabbarlının ev...

2026-02-06 14:20

Bu məşhurlar da saxlanıldı - FOTOLA...

2026-02-06 13:30

Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı:

2026-02-05 16:58

1500 filmdə rol alan aktyorun dəfninə həmkarları gəlmədi

2026-02-04 17:56

Yalçın Rzazadənin oğlu: “Açığı,...

2026-02-04 15:01

Məşhur yazıçının pedofil milyarderə mesajı: 2026-02-04 12:47

Rejissor: "Filmdə söyüş söymək...

2026-02-04 11:58

2026 mia.az Mobil versiya
Rambler's Top100