Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi başlayıb.

Mia.az xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri də iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, mərhum sənətkar Birinci Fəxri xiyabanda dəfn olunacaq.

***

İstanbulda xsətəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi bu gün səhərə yaxın Bakıya gətirilib.

Mia.az xəbər verir ki, bu gün onunla  Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra isə aktyor Fəxri xiyabanda dəfn ediləcək.