Keçmiş aparıcı Şəfa Mehmanqızıya yeni vəzifə veriilib.

Mia.az  Report-a istinadla xəbər verir ki, o, “SOCAR Capital”ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru təyin olunub.

Xatırladaq ki, Şəfa Mehmanqızı əvvəllər "Xəzər TV-də aparıcı olub. O, sonradan  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, bundan sonra Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işləyib.