Gürcüstandakı teatrlarda tamaşaların nümayişi martın 16-dək müvəqqəti olaraq dayandırılıb.
Bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Koronavirusun Gürcüstanda yayılmasının qarşısının alınması məqsədi ilə mədəniyyət ocaqları dezinfeksiya olunacaq. Martın 16-dək planlaşdırılan bütün teatr tamaşaları təxirə salınıb.
Xatırladaq ki, ötən gün qonşu ölkənin Dövlət Qrurumlarıarası Koordinasiya Şurası ölkə ərazisində ictimai yerlərdə kütləvi tədbirlərin ləğvini tövsiyə edib/Report.