Bakıda Pia.az saytının baş redaktoru Azər Qaramanlının oğlu Turqut Ağayevi avtomobil vurub.
Hadisə fevralın 28-də gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində "Ana-bala" adlanan parkın yaxınlığında baş verib.
Hadisə nəticəsində T.Ağayev ağır xəsarət alıb.
O, Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Martın 1-də əməliyyat olunacaq/Pravda.az.