"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.
Məlumata görə, sədr müavini Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report"a məlumatı təsdiqləyib.
Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısı idi.
****
AzTV-də daha bir sədr müavini dəyişib.
Mia.az xəbər verir ki, Rəşad Nəsirov vəzifəsindən çıxarılıb.
Onun yerinə isə Əməkdar artist, diktor Rafiq Həşimov təyin edilib.