107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd, "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiatları Mərkəzinin rəhbəri, jurnalist Sevinc Kərimova Prezident İlham Əliyevlə görüşmək istəyir.
Bu barədə Mia.az-a onun özü məlumat verib.
O bildirib ki, seçkiyə böyük ümidlərlə bitərəf namizəd kimi qatılnışdı: "Parlament seçkisinin xalqın iradəsinin ifadəsi olacağına çox inanırdım. Təəssüf ki, məntəqələrdə seçki günü hər şeyin ideal görünüşü yaradılsa da, məntəqə xaricində proseslər kütləvi pozuntular və zorakılıqlarla keçdi. "Yüzbaşılar" seçiciləri məntəqələrə daşımağa başladı. Elə şeylər baş verdi ki... Məhz bunlara görə, Prezident İlham Əliyevlə görüşmək, ona şəxsən özümün seçki zamanı qarşılaşdığım çoxsaylı pozuntular haqda tutarlı dəlilləri vermək üçün əlimdən gələni edəcəyəm".