"WhatsApp" tətbiqi "Windows Phone" əməliyyat sistemlərinin köhnə versiyalarında işləməyəcək.
Mia.az xəbər verir ki, həmçinin, "iOS 7" və "Android 2.3.7" ilə işləyən mobil cihazlara da dəstək dayandırılacaq.
Qərar 2020-ci ilin 1 fevralından qüvvəyə minəcək.
Bu tarixdən sonra "WhatsApp" messencerində köhnə mesajlara baxmaq da mümkün olmayacaq.