Azərbaycanda “Gəmiqaya” adlı yeni qəzet açılır.

Bunu AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyasət Heyətinin iclasında deyib.

O bildirib ki, AMEA-nın Naxçıvan Bölməsinin “Gəmiqaya” adlı qəzetinin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.

İ.Hacıyev vurğulayıb ki, bölmənin mətbu orqanı olan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində də qismən dəyişiklik edilib/Report.