107 saylı Qazax seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş jurnalist Sevinc Kərimovanın namizədliyi qeydə alınıb.
Bu barədə Mia.az-a Sevinc Kərimovanın özü məlumat verib.
O bildirib ki, artıq DSK-dan ona bununla bağlı məlumat verilib.
Xatırladaq ki, S.Kərimova jurnalist olmaqla yanaşı, həm də "Əks-səda"Beynəlxalq Jurnalist Tədqiqatlari Mərkəzi Ictima Birliyinin sədridir. O, 1975-ci ildə Qazaxda doğulub, BDU-nun Jurnalistika fakültəsinin məzunudur.
MİA.AZ