Daha bir jurnalist, eyni zamanda, QHT rəhbəri parlament seçkilərində iştirak edəcək.
Mia.az xəbər verir ki, bu, "Əks-səda"Beynəlxalq Jurnalist Tədqiqatlari Mərkəzi Ictima Birliyinin sədri Sevinc Kərimovadır.
O, namizədliyini Qazax 107 sayli Qazax seçki dairəsindən irəli sürüb.
Jurnalist Mia.az-a bildirib ki, sabah imza vərəqələrini götürəcək və imzatoplama kampaniyasına başlayacaqlar..
Xatırladaq ki, Sevinc Ibrahim qizi Kərimova 1975-ci ildə Qazaxda doğulub. O, BDU-nun Jurnalistika fakültəsinin məzunudur
Mia.az