"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz gözlənilməz bəyanat verib.
 
Mia.az xəbər verir ki, o, sosial şəbəkədki hesabında Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini bəyan edib: "Əziz dostlar! Çox az qalıb,Cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm".