Afaq Bəşirqızından sonra insanlar bu dəfə daha bir Xalq artisti Rasim Balayevin deputat olmasını istəyiblər.
Sosial şəbəkədə R.Balayevin fotosu paylaşılaraq ətrafında müzakirələr aparılıb.
71 yaşlı məşhur aktyorumuz Moderator.az-a açıqlamasında deputat olmaq üçün artıq gec olduğunu bildirib:
"Mən artıq yaşlanmışam, cavanlıqda istədim, amma seçmədilər. İndi də mənim deputat olmağım gecdir. Təxminən, iyirmi il öncə deputatlığa namizədliyimi verdim, onda seçmədilər, aləm bir-birinə dəydi. İnsanlar deputat olmağımı istəyir, çox sağ olsunlar, amma bunun üçün sağlamlıq lazımdır, bu yaşda məndən deputat olmaz”.
Qeyd edək ki, R.Balayev xeyli müddətdir ki, belindəki yırtıqdan əziyyət çəkir.