"Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunları barədə keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənistan tərəfi bu səfər ətrafında şou təşkil edib: "Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, xalq diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi təsiri olmayacaq".