Bu gün Bakı Metropoliteninin "Əhmədli” stansiyasında intihara cəhd hadisəsi olub.
Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər 10:40 radələrində baş verib. Metro əməkdaşı İsa Musayev sərnişinin əsəbi vəziyyətdə olduğunu və özünü relslərin üstünə atdığını bildirib.
Metropoliten əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində 70 yaşlı qoca oradan çıxarılıb. Sərnişin övladlarına təhvil verilib və hazırda vəziyyəti yaxşıdır.
***
Qurumun mətbuat xidmətinin rəisi Nəsimi Paşayev unikal.org–a açıqlamasında bildirib ki, Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Cəbrayılov özünü relslərin arasında atıb:
"Hadisə bu gün səhər 10:39 radələrində baş verib. Qatar maşinistinin operativliyi nəticəsində vətəndaş heç bir xəsarət almayıb. Q.Cəbrayılov ilkin izahatında bildirib ki, baş gicəllnəməsi nəticəsində müvazinətini itirib və relslərin arasında düşüb”.