Qobustanda torpaq uçqunu olub.
Mia.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.