Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində apardığı yoxlama haqda bugünkü hesabatını yayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, yoxlama zamanı 1 238 ədəd qəlpə, 2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) aşkar edərək zərərsizləşdirmək üçün götürülüb.