Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az- bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.