Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdlü yazıçı- publisist Səxavət Tağların qardaşı Tağıyev Hasil Feyruz oğlu bu gün dünyasını dəyişib.
Mia.az xəbər verir ki, Hasil Tağıyev 10 may 1962-ci il tarixdə İmişli rayonunun Əliqulular kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakultəsini bitirib. Kənd klubunun müdiri, Mədəniyyət və İstirahət Parkını direktoru, Ekskursiya və Turizm Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Türizm Şöbəsinin müdiri və Mədəniyyət Nazirliyi yanında Elmi Metodik Mərkəzin şöbə müdiri vəzifələrində işləmişdir...
Son illər Qaydış İçtimai Birliyinin sədri idi. Təşkilatçılığı ilə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi və Şəhidlərimizin qəhrəmanlığını əks etdirən 10 film çəkilmişdir. Onun haqq dünyasına qovuşması mədəniyyətimiz və incəsənətimiz üçüb bir itkidir.
Bir daha ailə üzvlərinə və yaxınlaırna səbr diləyirik!
ALLAH RƏHMƏT ELƏSİN
***
“Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev vəfat edib.
Mia.az xəbər verir ki, o, doğuluğu imişli rayonu əliqulular kəndində bu gün dəfn olunub.
Xatırladaq ki, 63 yaşında vəfat edən Hasil Tağıyev vaxtilə İmişli rayonunda Mədəniyyət İdarəsinin müdiri işləyib.
O, Prezident təqadüçüsü, yazıçı Səxavət Tağların qardaşıdır.
Mia.az-ın kollektivi Səxavət Tağlara və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Hasil Tağıyevə isə Allahdan rəhmət diləyirlər.
MİA.AZ