Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib.
Bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.
V.Kərmili xüsusi hərəkət zolaqlarından istifadə hüququ olmayan digər nəqliyyat vasitələrinə tətbiq ediləcək cəza tədbirlərinə də toxunub. Onun sözlərinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-yə göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görüləcək.
APA