Dünən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu istifadəyə verilib.
Yolun açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Xatırladaq ki, 51 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon manat ayrılmışdı.
Mia.az Avtosfer.az-a istinadən "Azəravtoyol" ASC tərəfindən hazırlanan yeni yol videosunu təqdim edir: