""Neft Daşları"nda "Xəzər iaşə"nin işçilərə verdiyi çörəklər çox keyfiyyətsizdir".
Bu barədə Mia.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O, sözügedən idarənin işçilərinə istinadən bildirib ki, işçilərə verilən qara çörək kərpicdən fərqlənmir. Üstəlik, həddən artıq keyfiyyətsizdir:
"Həmin çörəklərdən mənə gətiriblər. Çörəklərə o qədər maya vurublar ki, turşumuş iy otağımı bürüyüb. İşçilər deyir ki, rəislərə bişirilən çörəklər iri və keyfiyyətlidir. İndi düşünürəm, ofisimdə olan bu çörəkləri kimə göndərim: Rövnəq Abdullayevə, Daşqın İsgəndərova, yoxsa "Xəzəriaşə"nin gözəgörünməz şefinə?!".
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az