Çeçenistan lideri Ramzan Kadırovun Türkiyənin turizm bölgəsi Bodrumda intihara cəhd etməsi barədə iddia yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Bodrum bölgəsindəki Kaynar kəndindəki oteldə tətildə olan çeçen lideri türk xilasediciləri tərəfindən boğulmaq təhlükəsindən xilas olunaraq xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, Kadırov özəl klinikaya yerləşdirilib, vəziyyəti stabildir.
Haberler.com yazır ki. rusiyalı eksperti Mark Qaleotti onun boğulma xəbərinə şübhəli yanaşıb: "Kadırovun cangüdənlərini yaxın buraxmadan uzaq məsafəyə üzmək cəhdi anlaşılmaz və çox təəccüblüdür. Hələ intihara cəhd xəbərləri... Kadırovla bağlı hər şey müəmmadır. Onun bu qədər silahı olduğu halda dənizdə intihara cəhd etməsi iddiası bu baxımdan çox qəribədir. Düzünü desəm, kimin nəyə inanacağımı bilmirəm."
"Moskva Tayms" qəzeti isə yazıb: "Bodrumda baş verən sensasiyalı hadisə hazırda Ukraynada müharibənin şiddətləndiyi bir məqamda Rusiya prezidenti Vladimir Putinin ölkənin cənub sərhədindəki sabitlikdən narahat olmasına səbəb ola bilər".
"Moskva Tayms" da hadisə baş verərkən onun cangüdənlərinin harada olmasını və ya onun nədən uzaq məsafəyə tək üzməsinə şübhli notla diqqət çəkib.
Firudin Səfərli
MİA.AZ