Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 25-də Qobustan rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək.
Mia.az KTN-ə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-81-45) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.