Sabirabadda döyüldüyü deyilən 85 yaşlı Zeynalova Balabikə xəstəxanada ölüb.

Mia.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu saxlanılıb.

İlkin məlumta görə, yaşlı qadın oğlu tərəfindən döyülüb. Yaxınları bildirirlər ki, A. Zeynalov ailəsindən boşanıb və son vaxtlar spirtli içki aludəçisi olub. 

İddialara görə, o, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb içib. 

Ötən gün səhər saatlarında ana oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb və gizlədib. Günorta saatlarında yuxudan oyanan oğlu yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. 

Bundan sonra əsəbiləşən Ağamirzə Zeynalov nisyə aldığı içkini qəbul edib və anasını döyməyə başlayıb.

Daha ətraflı süjeti təqdim edirik: