"Universitet Təhsilli Qadınlar" Cəmiyyəti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyil ilə həyata keçirdiyi "Hərbi-vətənpərvərlik tərbiyəsində Multimediyanın rolunun artırılması” layihəsi çərçivəsində jurnalistlər arasında "GƏNCLƏRIN HƏRBI-VƏTƏNPƏRVƏRLIK TƏRBIYƏSI” mövzusunda müsabiqə elan edib.
Mia.az-a verilən məlumata görə, müsabiqənin məqsədi jurnalistləri motivasiya etməklə mətbuatda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı yazıları təşviq etməkdir.
Müsabiqənin mövzuları bunlardır:
1. Azərbaycan Silahlı Qüvvələri müasir dövrdə
2. Gənclər hərb elmini seçir
3. Vətən sənə canım fəda
Qaliblər üçün mükafatlar da müəyyən edilmişdir: 1-ci yer - 200 AZN, 2-ci yer - 150 AZN, 3-cü yer - 100 AZN.
Son tarix: 25.11.2016
Məqalələr 1 ay müddətində elektron və yazılı mətbuatda dərc olunmalıdır. Yazılı mətbuatda dərc olunmuş məqalələr skan edilərək, elektron mətbuatda dərc olunmuş məqalələrin isə linkləri aşağıdakı e-mail ünvanına göndərilməlidir - [email protected]