Məşhur komediya ustası Həsən Can Kaya yeni mövsümdə "Exxen" telekanalında olmayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Acun Ilıcalının sahibi olduğu "Exxen"dən ayrıldığını və müəllifi olduğu "Konuşanlar" verilişinin yeni mövsümdə başqa platformada yer alacağını təsdiqləyib.

Bu barədə Hasan Can Kaya sosial media hesabında yazıb: "Bu, dedi-qoduların qarşısını almaq üçün açıqlamadır... Xəbər doğrudur. Yeni mövsümdə "Exxen"də olmayacağıq. Yeni yerimiz bəlli olanda, açıqlayacam".

Ləman
MİA.AZ