Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlı yerdə İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov təltif olunub.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

"Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov tərəfindən "Hərbi əməkdaşlığa görə" döş nişanı ilə təltif edildim.

Fəaliyyətimizə hərtərəfli dəstək göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə və şəxsi heyətə təşəkkürümü bildirirəm", - deyə bildirib.

Samir

MİA.AZ