"Oktyabrın 20-də gecə saatları ərzində "Azercell Telekom" MMC tərəfindən göstərilən bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.

Mia.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Bildirilib ki, xidmətlərin istifadəsində yarana biləcək çətinliklərə səbəb şirkət tərəfindən aparılacaq təkmilləşdirmə işləridir.