Azərbaycanda müstəqilliyin 25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən yayıma başlayıb.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri bildirib ki, televiziyanın internet üzərindən yayımlanması geniş imkanlar yaradır: "Dünyanın istənilən yerində internetlə televiziyanı izləmək mümkündür. Bu da televiziyanın yayımlandığı yerin tanıdılmasına, həmin yerin inkişafı, insanların həyat səviyyəsi, mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların yayılmasına imkan verir”.

Sonra Talıbov televiziyada yaradılan şəraitlə tanış olub.