"Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi borcu ilə əlaqədar olub.
Mia.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə "Space” radiokampaniyası arasında olan texniki məsələdir.