31 avqust tarixində Biləcəri bələdiyyəsinin "İctimai – humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində 2016-ci il üzrə ali məktəblərə yüksək bal toplayan şagirdlərlə görüş keçirilib.
Sonra çıxış edən şagirdlər, onların valideynləri, öz sevinclərini bölüşmüş və tədbir üçün təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda şagirdlərə Biləcəri bələdiyyəsi tərəfindən təhsildə əldə etdikləri uğurlara görə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, qəəsəbədə 7 orta məktəb var. Bu il 17 şagird 600 baldan yuxarı bal toplayıb. 37 nəfər isə 500-dən yuxarı bal toplayıb.