"İndi oxudum ki, Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni 6500 manat olub. Səmimiyyətimə inanın Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz…".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev sosial media hesabında yazıb.

O, Tibb Universitetinin rektorunun, Səhiyyə nazirinin və TƏBİB-in rəhbərinin fotolarını da statusuna əlavə edərək, bildirib ki, bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir: "Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir. Əkələr, gedin klinikalardan gələn milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…".

Samir MUSAYEV

MİAA.Z