"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.
Bu haqda Mia.az-a verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, departamentin kollektivi bu sahədə ciddi hazırlıq işləri görür. "Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək”.
N.Əzməmmədov qeyd edib ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.