Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.
Mia.az KİVDF-yə istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ – Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasının olduğunu deyib.
Xatırladaq ki, həmin sərəncama əsasən, qəzetlərə birdəfəlik 1 milyon manat yardım ayrılıb.
Daha sonra o, gündəlikdəki məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına dərin minnətdarlığını bildirib. İcraçı direktor sərəncama əsasən birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən – Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib:
№ | Nəşrin adı | Ayrılmış məbləğ |
1. | "Azərbaycan” qəzeti | 40.000 AZN |
2. | "Bakinski raboçi” qəzeti | 40.000 AZN |
3. | "Bakı Xəbər” qəzeti | 40.000 AZN |
4. | "525-ci qəzet” | 40.000 AZN |
5. | "Ekspress” qəzeti | 40.000 AZN |
6. | "Ədalət” qəzeti | 40.000 AZN |
7. | "Xalq qəzeti” | 40.000 AZN |
8. | "İki sahil” qəzeti | 40.000 AZN |
9. | "Kaspi” qəzeti | 40.000 AZN |
10. | "Kaspiy” qəzeti | 40.000 AZN |
11. | "Mövqe” qəzeti | 40.000 AZN |
12. | "Olaylar” qəzeti | 40.000 AZN |
13. | "Palitra” qəzeti | 40.000 AZN |
14. | "Respublika” qəzeti | 40.000 AZN |
15. | "Səs” qəzeti | 40.000 AZN |
16. | "Şərq” qəzeti | 40.000 AZN |
17. | "Şərq qapısı” qəzeti | 40.000 AZN |
18. | "Yeni Azərbaycan” qəzeti | 40.000 AZN |
19. | "Yeni Müsavat” qəzeti | 40.000 AZN |
20. | "Azad Azərbaycan” qəzeti | 30.000 AZN |
21. | "Bizim yol” qəzeti | 30.000 AZN |
22. | "Exo” qəzeti | 30.000 AZN |
23. | "Həftə içi” qəzeti | 30.000 AZN |
24. | "Xalq Cəbhəsi” qəzeti | 30.000 AZN |
25. | "Novoye vremya” qəzeti | 30.000 AZN |
26. | "Paralel” qəzeti | 30.000 AZN |
27. | "Üç nöqtə” qəzeti | 30.000 AZN |