Türkiyədə hərbi çevriliş cəhdindən sonra ayrı-ayrı sahələrdə həbslər və işdən çıxarılmalar sürətlə davam etdirilir.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecədən başlayaraq, 42 qəzetçi də saxlanılıb:
"Onlar Fətullah Gülənə yaxın olmaqda və çevrilişə dəstək verməkdə ittiham olunurlar. Saxlanılanların arasında tanınmış jurnalist Nazlı İlicak da var".
Qeyd edək ki, 1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri – "Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.